Şrift:
Sadaxlıda "Təhsil mərkəzləri: Güclü bir cəmiyyət üçün inkişaf etdirilmiş bacarıqlar" layihəsi
02.12.2019 [10:16] - Borçalı
Marineuli bələdiyyəsinin Sadaxlı kəndindəki şagird və müəllimlərə "Təhsil mərkəzləri: Güclü bir cəmiyyət üçün inkişaf etdirilmiş bacarıqlar" layihəsinin üçüncü mərhələsi keçirilib. Layihəni Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini Lia Qiqauri təqdim edib. Britaniya Şurasının layihəsi Şimali İrlandiya Birləşmiş Krallığının münaqişə, sabitlik və təhlükəsizlik üzrə fondunun və Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin aparatının təşkilatçılığı ilə Gürcüstanın 13 bölgəsindəki 13 icma mərkəzində başlayıb. Layihə çərçivəsində gənclər kənddən çıxmadan ingilis dilini öyrənəcək və ingilis dili müəllimləri isə peşəkar hazırlıq keçəcəklər. Həmçinin, təhsil mərkəzləri tələbələr, müəllimlər və digər icma nümayəndələrinin müxtəlif təhsil imkanlarında həyata keçirilən layihələrdə daha çox iştirakını təmin edir. Proqram gənclərə iş üçün lazım olan bacarıqları əldə etməyə kömək edəcək. Proqram həmçinin, 21-ci əsrdə tolerantlıq, gender bərabərliyi və davamlı inkişaf, münaqişələrin həlli yolu ilə dialoq və digər əsas bacarıqlar barədə məlumatlılığı artırmaq məqsədi daşıyır. Layihədə 25 məktəb və 35 ingilis dili müəllimi fəal iştirak edəcək.
“Layihə hər bir vətəndaşa daha yaxşı gələcəyə zəmanət verəcək bacarıqların inkişafına xidmət edir. Onun daxilində gənclər yalnız ingilis dilini deyil, həm də 21-ci əsrdə lazım olan bilikləri öyrənəcəklər. Bu biliklər- ünsiyyət bacarıqlarının inkişafı, müzakirə sənəti, mübahisəli əsaslandırma və s. barədə olacaq.
“Budur, birlikdə demokratik cəmiyyət qurmağı bacaran gənclər, uşaqlar. İngilis dilini bilmək beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqə qurmaq və ölkəmizin qurulmasında tam iştirak etmək üçün bir vasitədir ", -deyə Liya Qiqauri bildirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed