Şrift:
Murat Lekompte: TANAP kimi nəhəng layihənin vaxtında tamamlanması böyük hadisədir
02.12.2019 [10:29] - İqtisadiyyat
Bu gün bizim üçün çox vacib bir gündür. TANAP kimi əhəmiyyətli bir layihəni reallaşdırmış olduq. Bu sözləri TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat Lekompte bildirib. Artıq Azərbaycan qazının Türkiyə ərazisindən keçərək Avropaya nəql olunacağını bildirən Murat Lekompte deyib: “Dörd il əvvəl hazırlanan layihənin tikintisi vaxtında başa çatdı. Dünyada bu növ nəhəng layihələrin nəzərdə tutulan vaxtda tamamlanması az görülən hadisədir. Eyni zamanda layihənin nəzərdə tutulan məbləğdən daha az vəsaitlə başa çatması da təqdirəlayiq haldır. Layihə başladıqda onun tikintisi üçün nəzərdə tutulan məbləğ 11,7 milyard ABŞ dolları idi. Lakin sonda tikintinin 6,5 milyard dollara başa gəldiyini görürük. Bu, iqtisadi baxımdan da çox vacib məsələdir”.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed