Şrift:
Məhsullar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?
02.12.2019 [10:32] - İqtisadiyyat
ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergiödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, təqdim edilən məhsula görə hesablanmış ƏDV idxalda ödənilən və əvəzləşdirilən ƏDV-dən az olduqda fərq onu təqdim edən tərəfindən büdcəyə ödənilməlidir. Məhsullar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergiödəyicisinin 30 gün ərzində eynixüsusiyyətli və ya eynicinsli məhsullara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi, 30 faizdən aşağı olduqda isə ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed