Şrift:
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
02.12.2019 [10:37] - İqtisadiyyat
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Beynəlxalq valyuta birjalarında avroya olan tələb artıb. Bu, texniki səbəblərlə əlaqələndirilir və 1.10$-da dəstək görən EUR/USD məzənnəsi 1.11$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan iqtisadi inkişafa dair açıqlanacaq və cümə günü saat 17:30-da ABŞ-dan dərc ediləcək əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.

GBP.

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və qiymət 1.29$-ın üzərində qalarsa, 1.30$-a kimi bahalaşmanın şahidi ola bilərik. İngiltərədə hakim partiyanın gələn həftə keçiriləcək növbədən kənar parlament seçkisində üstünlük qazana biləcəyi ehtimallarının artması da funta müsbət təsir edə bilər.

TRY.

USD/TRY məzənnəsində keçən həftənin ikinci yarısında başlayan eniş dalğası, 5.70TL-yə kimi də dərinləşə bilər. Bu baxımından bazar ertəsi 11:00-da yayımlanacaq Türkiyənin iqtisadi inkişafı və çərşənbə axşamı saat 11:00-da inflyasiyaya dair önəmli fundamental göstəricilər də önəmli olacaqdır.

OIL.

Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiymətində korreksiya davam edir. Lakin ucuzlaşmanın 59-58$-a kimi dərinləşə biləcəyi ilə məhdudlaşacağı proqnozlaşdırılır. Bundan sonra bahalaşma yenidən güclənə bilər. Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

Əlvan metallar bazarlarında isə qızılın qiyməti noyabrın minimumlarında ticarət edilməkdədir. Digər tərəfdən dolların ucuzlaşması da qızıl qiymətlərinə dəstək olmaqdadır. Beləliklə, texniki təhlillərə əsasən, bir unsiya üzrə qiymət yalnız 1466$-ı (47.1 $/qram) yuxarı istiqamətdə qırarsa, dəyər qazana biləcəyi ehtimal edilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed