Şrift:
Güney Azərbaycan Milli Hərəkatının fəalı Colani ailəsini həbs etdi
02.12.2019 [10:58] - Güney Azərbaycan xəbərləri
İran adlı mollakratiya rejiminin hakimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Meysəm Colaninin ailəsinin 4 üzvünü də Ərdəbildə həbs etdi. Dünən dekabrın 1-də azərbaycanlı fəal Meysəm Colaninin ata, ana, bacı və qardaşı rejimin Ərdəbildə əlaltısı olan hakim Səliminin göstərişi ilə yaxalanıb.
Colani ailəsi son günlərdə yaxalanan Meysəm Colaninin vəziyyəti ilə maraqlanmaq üçün irqçi fars rejimin Ərdəbildə yerləşən məhkəməsinə müraciət etdikləri zaman rejimin Ərdəbildə əlaltısı olan və molla rejiminin zopası kimi bilinən hakim Səlimi onlara hədələyici tonla danışıb və barələrində müvəqqəti həbs qərarı çıxarıb.
Qeyd edək ki, Meysəm Colani noyabrın 30-da Ərdəbilin Mərkəzi Zindanına koçürülüb. Milli fəal noyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb və naməlum istiqamətə aparılmışdır.


DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed