Şrift:
Ünlü yazıçı-şair Rüqəyya Kəbiri 36-cı Beynəlxalq qısa film festivalında mükafat qazandı
02.12.2019 [11:04] - Güney Azərbaycan xəbərləri
Tehranda müxtəlif bölmələr üzrə 36-cı Beynəlxalq qısa film festivalı keçirilib. Festivalın qısa hekayə bölməsində 650 əsər iştirak edib. Azərbaycanlı yazıçı Rüqəyyə Kəbiri “Pasbanhaye bətnəm” hekayəsi ilə ikinci yerə yüksəlib. Qeyd edək ki, Rüqəyya Kəbirinin indiyə kimi 14 əsəri işıq üzü görüb. Onun 3 əsəri Azərbaycan Respublikasında çap edilib. 2012-ci ildə Bakıda “Azadlıq radiosu” tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində “Mavayl” adlı hekayəsi 180 əsərin içindən birinci yerə layiq görülüb. Yazıçının “Qar yağır” hekayəsi əsasında Qadir Fərivəin rejissorluğu ilə çəkilən “Qaral” filmi İranın bir neçə kino festivallarında mükafata layiq görülüb. O, Güney Azərbaycanın Xoy şəhərində anadan olub. Hazırda Təbriz şəhərində yaşayır.


DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed