Şrift:
Molla rejimi indi də insanların gözlərini diri-diri çıxarır
02.12.2019 [11:15] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə benzin və neft məhsullarının dəyərini 3 dəfə, yəni 300 fiaz artıması siyasətinə qarşı etirazlar zamanı rejimin terrorçu qüvvələrinin açdığı atəş nəticəsində Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınnan və Traxtur takımının fan-klubunun üzvü Rza Nəsiri gözlərindən güllə yarası alıb. Əslən Güney Azərbaycanın Sarab şəhərindən olan və Tehranda yaşayan milli fəal Tehranın əsasən azərbaycanlılar yaşayan İslamşəhr bölgəsində etirazlar zamanı rejimin terrorçu qüvvələrinin birbaşa açdığı atəş nəticəsində gözlərini itirib və kor olub.
Qeyd edək ki, Rza Nəsiri Tehranda ermənilərin Azərbaycan və Türkiyəyə qarşı keçirdikləri etirazlara qarşı çıxdığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb və təzyiqlərə məruz qalmışdı.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed