Şrift:
Milli fəal və öyrənci Məleykə Qaragözlünün həyatı təhlükədədir
02.12.2019 [11:20] - Güney Azərbaycan xəbərləri
Tehranda təhsil alan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan öyrənci Məleykə Qaragözlü (Dəniz) son zamanlar keçirilən etiraz aksiyaları zamanı tutuqlanıbdır. Əllamə Təbatəbai Universitetinin öyrəncisi olan Məleykə xanım noyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı tutuqlanıbdır. Milli fəal və öyrənci Məleykə Qqragözlü hazırda İran adlı ölkənin ən qorxulu cəzaevlərindən biri kimi tanınan Evin Zindanının “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinə məxsus bölməsində saxlandığı deyilir.
Terrorçu Sepahın Məleykə Qaragözlünü öldürüb, daha sonra onun “psixoloji problemlər”dən əziyyət çəkdiyinə görə intihar etdiyini özündə əks etdirən saxta sənədlər düzəltməyə çalışdığı planı üzə çıxıb. Milli fəal və öyrəncinin yaxınları insan haqları fəallarını Sepah terror təşkilatının bu cinayətkar planının qarşısının alınması üçün məsələni diqqət mərkəzində saxlamağa və bütün dünyaya çatdırmağa çağırırlar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed