Şrift:
Xoylu Məhəmmədtağı Əlilun etirazlarda öldürülüb
02.12.2019 [11:27] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin qanunsuz silahlı və terrorçu qüvvələri kimi bilinən “Sepah”a məxsus silahlı dəstələr baş verən etirazlar zamanı Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Məhəmmədtağı Əlilunu qurşunlayaraq öldürüb. Əldə etdiyimiz məlumatlara görə rejimin məmurları həmin azərbaycanlını Tehranda keçirilən etirazlarda atəş açmaqla şəhid edib. Rejimin məmurları həmçinin Məhəmmədtağı Əlilunu qətlə yetirdikdən sonra onun qardaşı da məmurlara etiraz edib. Nəticədə rejimin məmurları onu yaxalayıblar. Hələlik şəhidin qardaşının da taleyindən heç bir məlumat yoxdur.
Rejimin qətlə yetirdiyi Məhəmmədtağı Əlilu isə Xoyun Yuxarı Vəşlə kəndində dəfn edilib. Rejimin məmurları şəhidin ailəsinə təzyiq göstərərək dəfn mərasimindən şəkil və film çəklilməsinə ciddi şəkildə mane olublar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed