Şrift:
Fərəc Quliyev İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ seçildi
02.12.2019 [14:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ildə Milli Məclisin deputatlarının fəaliyyətinə vətəndaşların münasibətini öyrənmək məqsədi ilə sorğu keçirib.

18 noyabr-30 noyabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, ilin ən aktiv millət vəkillərini seçiblər.
163429 səsin qeydə alınması ilə keçirilən sorğuda respondentlər tərəfindən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ kimi dəyərləndirilib.

Qeyd edək ki, Milli Məclisin üzvlərinin sayının çoxluğunu və onların arasında yalnız bir nəfərin ən aktiv deputat olaraq seçilməsinin obyektiv olmayacağını nəzərə alaraq, Sorğu Komitəsi ən çox səs toplayan 10 deputatın İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ kimi dəyərləndirilməsi haqqında qərar qəbul edib.

Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed