Şrift:
Kitabxanada özbək şairlərlə görüş
03.12.2019 [09:18] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Mirvarid Dilbazi Məclisi” ilə birlikdə Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahabəddinqızı ilə görüş keçirilib. Baş İdarədən bildirilib ki, tədbiri filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman açaraq özbək şairələrin yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, onlar Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm xidmətlər göstərib, Xocalı soyqırımına aid əsər yazıb, həmçinin xalq yazıçısı Anarın, xalq şairi Nəbi Xəzrinin və digər yazarlarımızın əsərlərini özbək dilinə tərcümə ediblər.
Sonra şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahabəddinqızı həm özbək, həm də Azərbaycan dilində şeirlər oxuyublar, yaradıcılıqları haqqında məlumat veriblər.
Sonda çıxış edənlər Özbəkistandan gələn şairələrə yaradıcılıqlarında uğurlar arzulayıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed