Şrift:
“Beşiktaş” Türkiyə çempionatında üçüncü pilləyə yüksəlib
03.12.2019 [09:31] - İdman
Dekabrın 2-də Türkiyə Superliqasının XIII turunun sonuncu oyununda “Beşiktaş” komandası “Kayserispor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda İstanbul komandasının futbolçuları Atiba Hatçinson (20), Gökhan Gönül (30), Burak Yılmaz (41 və 90) topları rəqib qapısından keçiriblər. Qonaqlar bu toplardan birinin əvəzini yalnız 86-cı dəqiqədə çıxıblar. “Kayserispor”un hücumçusu Emanuel Adebayor görüşdə fərqlənib. Bu oyundan sonra “Beşiktaş” xallarının sayını 24-ə çatdırıb və “Trabzonspor”u qabaqlayaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Dekabrın 1-də öz meydanında “Qalatasaray”la heç-heçə edən və hesabında 23 xal olan Trabzon şəhərinin təmsilçisi dördüncüdür. Çempionata 27 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" klubu 25 xalla ikinci pillədə qərarlaşıb.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed