Şrift:
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədrinə sui-qəsd edilib
11.09.2012 [16:24] - Gündəm, Diaspor
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov sui-qəsdə məruz qalıb.
“Rg.ru” portalının verdiyi məlumata görə, hadisə bu gün Ulyanovsk şəhərinin mərkəzindəki Lenin küçəsində baş verib. İlkin xəbərlərlə əsasən hadisə zamanı İ. Hüseynov yaralanıb, onu mühafizəçisi isə ölüb. Hazırda hadisə yerində operativ istintaq qrupu çalışır, olayın təfərrüatları daha sonra bəlli olacaq.
Qeyd edək ki, İ. Hüseynov 1969-cu il təvəllüdlüdür. O, 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Ulyanovska köçüb.
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed