Şrift:
Sürgündə olan mili fəal Siyamək Mirzai öz məhkəməsinə qatıla bilmədi
03.12.2019 [11:19] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin güvənlik gücləri Güney Azərbaycan Milli Hərəkatının fəallarını uzaq bölgələrə sürgün etmək taktikasını həyata keçirməkdədir. Qain şəhərinə sürgün etdiyi Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Siyamək Mirzaini Tehranda mühakimə edib.
Rejimin təşkil etdiyi saxta məhkəmə iclası dekabrın 1-də rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilib. Lakin azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün məhkəmədə iştirak edə bilməyib. Rejim saxta ittihamlarla Siyamək Mirzaini “Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırıb. Azərbaycanlı fəal Tehranın Evin zindanında həbs müddətini qurtarmağa 3 gün qalmış rejimin ETTELAAT məmurları şərləməsi nəticəsində ona məhkəmə işi açılıb.
Rejim fəalın haqlı etirazlarını ona qarşı ittihama çevirib və bu yolla onu daha çox həbsdə saxlamağa çalışır.
Qeyd edək ki, Siyamək Mirzayi 4 aydan çoxdur Cənubi Xorasanın Qain şəhərində sürgün həyatı yaşayır. Fəal bundan öncə isə Evin zindanında 3 illik həbsdə saxlanılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed