Şrift:
Rejimin terror edərərk öldürdüyü bir neçə soydaşımızın kimiliyi məlum oldu
03.12.2019 [11:24] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin dövlət səviyyəsində idarə etdiyi terrorçu qüvvələrinin etirazlarda gülləbaran edərək şəhid etdiyi daha bir neçə Güney Azərbaycan Milli Hərəkatının fəllarının adları məlum olub.
Şəhid edilən azərbaycanlılardan biri əslən Kəleybərin Palıtlı kəndindən olan və Şəhriyar şəhərinin Nəsirabad məntəqəsində etirazlar zamanı rejimin qüvvələri tərəfindən güllələnən Mehran Zahididir.
Digər azərbaycanlı şəhid isə 24 yaşlı, müharibə əlili övladı olan Məhəmmədəmin Allahquludur. O da etirazlar zamanı Kərəcin Fərdis bölgəsində rejimin snayperləri tərəfindən güllələnmişdir.
Digər azərbaycanlı şəhid isə Germi şəhərinin Çüngünəş kəndiondən olan Behzad Səfərzadədir. O da Kərəc şəhərində rejimin terrorçu qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilmişdir. Məlumata görə Behzad yalnız kənardan durub etirazlara baxırnmış və heç bir günahı olmadan rejimin terrorçu qüvvələri tərəfindən güllələnib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed