Şrift:
Molla rejiminin tutuqladığı qaşqay türkü Arəş Rüstənidən heç bir bilgi yoxdur
03.12.2019 [11:29] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə kütləvi şəkildə tutuqlamalar davam edir. Bu dəfə tutuqlamalar daha çox türk kökənli milli fəallara qarşı tətbiq olunur. Benzin və neft məhsullarının qiymətinin 300 faiz (3 dəfə) artmasına etiraz etdiklərinə görə ölkə vətəndaşları hər addımda təqib olunur və ya tutuqlanırlar.
Rejimin total şəkildə bahalaşma siyasətinə etiraz edənlərdən biri kimi tutuqlanan qaşqay türkü Arəş Rüstəninin vəziyyətindən heç bir məlumat verilmir.
Qeyd edək ki, bu il noyabr etirazları ilə bağlı yaxalanan Arəş Rüstəmi qaşqayların Böyük Kəşkuli tayfasının Ağacəri qolundandır. Rejimin həbs etdiyi Arəş Rüstəninin vəziyyətindən, onun saxlandığı yer və sağlıq durumu barədə heç bir məlumat yoxdur. Ona görə də fəalın ailəsi və yaxınları onun sağlamlıq durumundan nigarandırlar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed