Şrift:
“Sepah”ın Mahşəhrdə dinc etirazçıları pulemyotla atəşə tutub
03.12.2019 [11:34] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin bölgələrində tədricən internetin bərpa edilməsindən sonra etirazlar ərzində çəkilmiş videolar və məlumatlar sosial şəbəkələrdə dərc edilib. Ərəblərin kompakt şəkildə yaşadıqları Xuzistan əyalətinin Mahşəhr şəhəri etirazlar keçirilən zaman qanlı səhnələrə şahidlik edən bölgə olub. Yerli əhalinin xarici media orqanlarına verdikləri müsahibələrə əsasən, “Sepah” terror təşkilatı başda olmaqla, İran təhlükəsizlik qüvvələri etirazlar başdayandan sonra şəhərə tank və digər ağır zirehli texnika yeridib, etirazçılara qarşı pulemyotlardan istifadə edərək atəş açıblar. Nəticədə azı 100-ə qədər dinc sakinin öldüyü bildirilir.
Yayılan videolarda tankların şəhərlərdə mənzilləndiyi və ya hərəkətini açıq-aşkar nümayiş etdirir. Eləcə də, şəhər əhalisi Mahşərhin Taliqani qəsəbəsində insanlıq faciəsinin yaşandığını deyirlər. Belə ki, qəsəbədə keçirilən dinc nümayişlərə qarşı “Sepah” terroristlərinin pulemyotlardan istifadə etməklə açdıqları atəşdən sonra etirazçıların böyük hissəsi qaçıb, ətrafdakı qamışlıqlarda gizləniblər. Bundan sonra “sepahçı”lar və polislər pulemyotlarla qamışlıqları atəşə tutublar, nəticədə onlarla insan faciəvi şəkildə ölüb və çoxlu sayda yaralananın olduğu bildirilir.
Qeyd etmək lazımdır ki, ərəblərin yaşadığı və ərəb torpağı hesab edilən Xuzistan bölgəsi neftlə zəngindir. İran rejiminin buradan çıxardığı neftlə gəlir külli miqdarda gəlir əldə etməsinə baxmayaraq, hökumətin şovinist siyasətləri nəticəsində ərəb xalqı çox ağır iqtisadi vəziyyətdə yaşayır. Əyalətin şəhərlərində tez-tez ərəblərin “Sepah”, “ETTELAAT” və polis tərəfindən güllələnərək öldürüldüyü ilə bağlı məlumatlar yayılır. Son etirazlar zamanı da ən çox ölüm halı Xuzistan əyalətində qeydə alınıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed