Şrift:
Xarkovda Nəsiminin qəzəllər toplusu təqdim olunub
03.12.2019 [13:03] - Diaspor
Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şairin Ukraynada işıq üzü görmüş “И шляхом Истини постав я сам…” (“Haqq yolu mən özüm oldum”) kitabı (Dövlət Tərcümə Mərkəzi) ictimaiyyətə təqdim edilib.
Ukraynanın elm və sənət adamlarının, media və ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda AESAL-ın ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak, V.Karazin adına Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Aleksandr Xijnyak, tanınmış elm xadimi, professor Lyubov Kalaşnik, tanınmış Ukrayna şairi, tərcüməçi Sergey Borşevski, Xarkov şəhəri icra başçısının müavini Svetlana Qorbunova-Ruban, Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının professoru Seyfəddin Qurbanov və digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ukrayna “Dostluq” cəmiyyətinin rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, Nəsimi poeziyasının dünya söz xəzinəsinə bəxş etdiyi əsərlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyatı və yaradıcılığı haqqında məruzəsi dinlənilib. Məşhur heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən və Ukraynada “Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs edib.
Tanınmış artist, Xarkov filarmoniyasının əməkdaşı Roman Bayraqdar tədbirdə aparıcı qismində çıxış edib. Ukraynanın əməkdar incəsənət xadimi Nina Suprunenko, “Memorial” ictimai təşkilatının fəxri üzvü Viktor Zubov, tanınmış qiraət ustası Lyusina Xvorostun ifasında Nəsiminin Ukrayna dilində qəzəlləri səsləndirilib.
Tədbirin sonunda “Dostluq” cəmiyyətinin yetirmələri Nəsiminin qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları iştirakçılara təqdim ediblər.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed