Şrift:
Tiflisdə “milli azlıqlar” düsturu
03.12.2019 [14:20] - Köşə yazarları
Avropa Birliyi, Avropa Şurası, beynəlxalq insan haqları təşkilatları, eləcə də BMT səviyyəsində milli azlıqlarla bağlı son illərdə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bunun da əsas səbəblərindən biri, inkişaf etmiş ölkələrdə “milli deqradasiya” problemi, etnofolk mədəni sistemi sayəsində mövcud sorunların çözümünə doğru gedilməsidir. Faktiki olaraq, əksər sosioloqların da etiraf etdiyi kimi, təqribi hesablamalar göstərir ki, artıq ingilis, alman, fransız, ispan, italyan, rus, irland və digər Avropa xalqlarının sayı ildən-ilə azalmaqdadır. Ona görə də bu xalqlara məxsus dövlətlərdə bir yandan dominantlığın qorunması, milli genetik kodların inkişafı, sosial inkişaf prosesində yeni qanunların tətbiqi aparıcı prioritetlərdən biri hesab olunur. Bütün bunlarla yanaşı, digər milli azlıqlar da superetnosların atdığı addımları dolayı yolla təkrarlamağa çalışırlar.

FUEN milli azlıqların keşiyində necə durur?

BMT-nin nəzdində fəaliyyət göstərən FUEN (Avropa milli azlıqlar təmsilçiliyi) son illər Avropa məkanında milli azlıqların problemləri istiqamətində bir sıra tədbirlərin intensiv xarakter daşıması üçün qəti addımlar artmaqdadır. Faktiki olaraq FUEN təşkilatı 2018-ci il ərzində Almaniya, Belçika, Fransa, və Avropanın bir neçə ölkəsində beynəlxalq miqyaslı tədbirlər keçiribdir. Bu tədbirlərdə postsovet məkanı ilə bağlı milli azlıqların nümayəndələrinin hedabatlarının dinlənilməsinə daha çox yer verilibdir. Bu il dekabr ayının 10-12-də Gürcüstanın paytaxtı Tiflisdə ilk dəfə olaraq, “Qafqazda milli azlıqlar-Stabil gələcək üçün dialoq” mövzusunda seminar keçirilidi. Seminar daha çox “Şərq əməkdaşlığı və vətəndaş assambleyası forumu” xarakterini daşıdı. FUEN-in ekspertləri də qeyd etdilər ki, “Qafqazda köklü yerli xalqlar bu gün milli azlıq statusu” şərtləri çərçivəsində yaşayırlar. Bu xalqlar aboregion toplumlar hesab olunduğu üçün onlara dövlət qayğısı və statusları çərçivəsində səlahiyyətlər daha çox verilməlidir. Bu notlar üzərində köklənmiş məruzələr faktiki olaraq, “Qafqazda milli azlıqların super etnosların əleyhinə çevrilməsi”nə təkanverici mahiyyət daşıdı. Tədbirdə “siyasi iştirak” və “perspektivdəki imkanlar” adı altında milli azlıqlarla bağlı illərdir davam edən konfliktlərin və milli azlıqların aparıcı rola malik olması mövzuları qabardıldı. Çıxış edənlər onu da qeyd etdilər ki, milli azlıqlar dövlət siyasətinin tərkib hissəsi kimi siyasi proseslərdə aktiv statusa malik olmalıdırlar. Xüsusilə milli-mədəni tələblərə daha çox üstünlük verilməlidir. Tiflis tədbirində iştirak edən, Azərbaycan Respublikasına qarşı etnik separatizim baxışlarını gizlətməyən, “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı Mərkəzi”nin sədri Arif Kərimov və bu qurumun icraiyyə komitəsinin sədri Hüseyn Şahpazov çıxış edərək bildirdilər ki: “Qafqazda illərdir həll olunmayan və ən böyük problemlərdən biri də bölünmüş xalqlar məsələsidir. Ləzgilər bir xalq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlətləri arasında bölünmüş xalq statusunu daşımaq zorunda qalıblar. Azərbaycan Respublikasında milli azlıqları assimliasiya dövlət siyasətinin tərkib hissəsidir. Ləzgi xalqının faktiki olaraq heç bir hüquq və azadlıqları yoxdur” və sair və sair. Toplantını idarə FUEN rəhbərliyi onlardan Azərbaycan Respublikası ilə bağlı bu sualları vermədilər:
1. Postsovet məkanında ilk dəfə milli azlıqların sosial-mədəni hüquqları ilə bağlı ilk dövlət qanunu Azərbaycan Respublikası təsdiq edibdir. Bu qanuna kim əməl etməlidir?
2. Azərbaycan Respublikasında “Ləzgi Dövlət Teatrı” dövlət büdcəsi hesabına necə yaşayır?
3. Azərbaycan Respublikasında “Samur” Ləzgi Mədəniyyəti Mərkəzi mövcuddur. Bu barədə niyə susursunuz?
4. Azərbaycan Respublikasında 1992-ci ildən dövlət dəstəyi ilə ləzgi dilində dərc olunan “Samur” qəzeti, 2009-cu ildən “Çiraq” və “Alam” dərgiləri haqqında niyə susursunuz?
5. Azərbaycan Respublikasında ləzgilərə məxsus “Suvar” Mahnı-Rəqs ansamblının fəaliyyəti dünyada bilməyən varmı?
Çox təəssüflər olsun ki, FUEN kimi ciddi bir təşkilatın rəhbərliyi qulaqlarını sallayaraq sadəcə bu etnik separatizm siyasətini yürüdənlərin təhriflərlə dolu nitqlərini dinlədi.

Etnik separatçılar beynəlxalq qurumlardan uzaqlaşdırılmalıdır

Tiflis seminarında “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı Mərkəzi”nin sədri Arif Kərimov özünün etnik separatizmlə dolu olan çıxışından ruhlanaraq, qonşu Gürcüstanın bostanına daş atmağı da unutmadı: “Gürcü xalqı özünün mədəni dəyərləri ilə Qafqazda”.
Bu tədbirdə çıxış edən Ahısqa Türklərinin nümayəndələri demək olar ki, Gürcüstan və Azərbaycan dövlətlərinə qarşı “milli azlıqlar” adı altında etnik separatçılıq siyasətini yürüdənlərə cavablar verdilər. toplerantlığa ən yüksək mənada üstünlük veribdir. Ancaq, Gürcüstan hakimiyyətinin olimpində aparılan siyasət bir çox xalqların haqlı narazılığına səbəb olubdur. Ona görə də Abxaziya və Cənubi Osetiya məcbur olaraq, öz dövlət müstəqilliklərini və talelələrini regionda stabilliyin qarantı rolunda çıxış edən Rusiya Federasiyasına həvalə ediblər. Biz hesab edirik ki, Cənubi Qafqaz ölkələrində milli azlıqlara məxsus KİV-lərin problemləri və digər sahədə FUEN-in dəstəyinə böyük ehtiyac vardır. Ona görə ki, Cənubi Qafqaz dövlətlərinin iri KİV-lərində dominantlıq təşkil edən xalqla etnik müstəvidə mümkün qədər milli azlıqları inkar siyasətini yürüdürlər”.
Rusiya Federasiyası Ahısqa Türkləri “Vətən” Cəmiyyəti Rostov vilayətindəki təşkilatı sədri Cavid Əliyev bildirdi ki, 1944-cü ildə onun xalqı heç bir əsas olmadan Orta Asiya və Sibirə sürgün olunubdur. 1957-ci ildə sürgün olunan xalqlar statusu ilə Ahısqa Türklərinin öz tarixi vətənlərinə geri dönmələri barəsində qərar qəbul olunsa da, indiyə kimi bu problem həll olunmayıbdır. Rostov vilayətində yaşayan 50 min nəfər Ahısqa Türkü hələ də vətənə dönüş gününü gözləyir”. C. Əliyevin müavini Fuad Pepinov isə bildirdi ki, FUEN təşkilatının milli azlıqlarla bağlı çoxsaylı dinləmələri hər dəfə qeydə alsa da, bu problemlərin həlli yönündə heç bir ciddi addımlar atmır. Biz Ahısqa Türklərini Gürcüstan hökuməti “milli azlıq kimi” qəbul etmək istəmir. On illərdir soydaşlarımızın tarixi vətənlərinə geri dönüşü ilə bağlı ciddi addımlar atılmır”.
Azərbaycandakı Ahısqa Türklərinin “Vətən” Cəmiyyətinin sədri İsmayıl Rəhimov qeyd etdi ki: “Azərbaycan Respuiblikasında Ahısqa Türklərinin milli azlıq məsələsində heç bir problemləri yoxdur. Bizim tək bir problemimiz var. Bu, tarixi vətənimizə geri dönməkdir. Bu gün Azərnbaycanda 150 min nəfərdən çox Ahısqa Türkü yaşayır və bizlər dövlətin milli azlıqlarla bağlı qəbul etdiyi qanunlar çərçivəsində yaşayır, fəaliyyət göstəririk. Hər zaman dövlətin qayğısını öz üzərimizdə görürük. Qarabağı Azərbaycanın, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın tərkibində görürük. Dövlət monolit olanda inkişaf da öz axarı ilə daim irəli gedir”.
Dağıstanda yaşayan 450 minlik kumuk xalqının “Kumuklar” təşkilatının nümayəndəsi Zarema Koçakaeva bildirib ki, bizim xalqın əsas problemi torpaq məsələsidir. Bizlər bu məsələni heç bir hər hansı beynəlxalq təşkilatlara güvənməklə deyil, mövcud qanunların vasitəsilə həll etməyə çalışırıq. Bundan əlavə, bizimlə eyni kökdən olan noqay xalqının da torpaq problemləri mövcuddur. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov xüsusilə bu problemlərin həllinə mane olurdu. İndi onu tutduğu vəzifəsindən kənara çəkdikləri üçün, kumukların və noqayların problemlərinin həlli istiqamətində ümidlər artıbdır. Xalqların pozulmuş hüquqları beynəlxalq təşkilatlar çərçivəsində ona görə həll olunmur ki, digər dövlətlər hər zaman öz maraqları çərçivəsində hərəkət edirlər. Bunu nəzərə alaraq, Şimali Qafqazda qaraçay, balkar, noqay və kumuk xalqları heç zaman şikayət etmədən, öz hüquqları müstəvisində hərəkət edirlər. Bununla yanaşı, hər hansı bir başqa xalqa qarşı kin-küdurət də bəsləmirlər. Çox yaxşı bilirlər ki, onların problemləri zamanla mənasız məsələlər ucbatından yaranıbdır.

“ERSAYA”dan etnik zicilləmə

İLk dəfə adını duyduğumuz “ERSAYA” talış təşkilatının sədri Afiq Məlikov öz çıxışında FUEN təşkilatının Danimarka və Almaniyada göstərdiyi fəaliyyət proqramları əsasında qurmuşdu. O, bildirdi ki, talış xalqı İran və Azərbaycan Respublikası arasında coğrafi baxımdan ikiyə bölünüblər: “Biz bir xalq olaraqAzərbaycanda hər hansı sorunumuz yoxdur. Bizim Azərbaycan Türkləri ilə ümumi dini inanca sahibik. Torpağımız da eynidir. Ancaq, onu da qeyd etmək istəyirəm ki, biz talışların yaşadığımız torpaqlarda üç min illik tariximiz vardır. Ona görə də bizklər talış xalqı olaraq, İranla birləşmək istəyirik. Çünki, İranın Gilan və digər vilayətlərində 2 milyona yaxın soydaşımız olan talışlar yaşayırlar. Bu ideyamıza görə kimsənin bizləri etnik separatizmdə suçlaması doğru deyil”.
“Gürcüstan Azərbaycanlı Vəkillər Birliyi” təşkilatının sədri Əli Bağırov seminarın ən maraq kəsb edən nitqini söylədi: “Gürcüstanda yaşayan biz azərbaycanlıların Ahısqa Türkləri ilə hər hansı bir sorunumuz yoxdur və ola da bilməz. Gürcüstanda qeyri gürcü əhalisi arasında sayca ikinci yerdə biz azərbaycanlılar varıq. Gürcüstan parlamentində hər zaman süni şəkildə yaradılan şəraitə görə 150 məfər deputatdan 4 nəfərini bizlər, yəni azərbaycanlılar təmsil edirik. Halbuki, bu rəqəm azından 15-20 nəfər civarında olmalıdır. Bununla yanaşı, gürcüstan dövlətinin və hökumətinin idarə olunmasında demək olar ki, biz azərbaycanlılara yer yoxdur. Hesab edirəm ki, Gürcüstanda yaşayan türk mənşəli xalqlar gürcü xalqı ilə birlikdə bərabər statusda təmsil olunmalıdırlar”.
Oseütin mənşəli jurnalist Beslan Kmuzovun “Bəs Azərbaycanda yaşayan gürcülər ölkə parlamentində təmsil olunmurlar. Zaqatalada gürcü əhalisi yaşayır və onların demək olar ki, bir millət kimi hüquqları yoxdur” sualına Əli Bağırov belə cavab verdi: “Mən gürcüstan vətəndaşıyam və Gürcüstan qanunları və hüquqları çərçivəsində danışıram”.

Gürcüstandakı yalnışılıqlar və FUEN-in susqunluğu

Gürcüstan qanunlarına görə ölkədə milli azlıqlar yerli aborigen xalqlar hesab olunmurlar. Ona görə də Ahısqa Türklərinin öz tarixi torpaqlarına geri dönmələri məsələsində yeni qeyri rəsmi qanun sərgilənməkdədir: “Əgər onlar özlərini Ahısqa və ya “Msxeti gürcüləri” etnik kimliyi olaraq hesab edirlərsə, o zaman milli mənsubiyyət baxımından birini qəbul etməlidirlər. Bunun mənası isə,
1. “Ahısqa Türkləri heç zaman Gürcüstanın əcdad xalqları” siyahısında yer ala bilməzlər,
2. “Msxet” etnik kimliyini qəbul edirlərsə, o zaman bütün yollar açıqdır. Bunun mənası isə o deməkdir ki, vaxtilə Osmanlı imperiyası dönəmində zorla müsəlmanlaşdırılmış gürcülər “Məsih gürcüləri” (gürcücə Msxet) adı ilə tanınmışlar.
FUEN-nin seminarında gürcüstan anlaşma və vətəndaş bərabərliyi nazirinin müavini Rusudan Asatiani açıq şəkildə bu fikirləri sərgilədi. O, bildirdi ki, msxet kimliyini qəbul etmiş 850 nəfər repatriant artıq Gürcüstanda yaşamaq statusunu alıbdır.
FUEN-nin Tiflis toplantısında tolerantlıq nümayiş etdirərək Qafqazdakı milli azlqıların rəhbərlərinin fikir və düşüncələri səbrlə dinlənilsə də, bu ali qurumun hələ də bölgədəki etnik müstəvidə yaşanılan problemlərin və körüklənən mövzuların əsas səbəblərinin nədən ibarət olduğuna işıq salınmadı. Sadəcə qeyd olundu ki, Cənubi Qafqazda hər bir dövlət milli azlıqlarla dialoq qurmalıdır. O zaman sual yaranır ki, Azərbaycan dövlətinə xarici təsir imkanlarını gücləndirmək istəyən bir sıra dövlətlər ölkədəki milli azlıqları nə üçün bu addımları atırlar? Nədən FUEN həmçin dövlətlərin kimliyini bildiyi halda hər zaman olduğu kimi susmağa üstünlük verir? Amma, əlahəzrət DİALOQ məsələsindən geri qalmaq da istəmir.

Ə. Yusifoğlu
(Tiflis)
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed