Şrift:
Dünyanın ən güclü şahmatçılarının universal reytinq siyahısı açıqlanıb
03.12.2019 [20:22] - İdman
Şahmatçıların dekabr ayı üçün universal reytinq siyahısı açıqlanıb. Şahmatçımız Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarının siyahısında ilk onluqda qərarlaşıb (2766, 9-cu yer). Şəhriyar Məmmədyarov isə 2763 xalla 12-ci pillədə yer alıb. Digər şahmatçılarımızdan Qədir Hüseynov (2689, 49-cu yer) və Rauf Məmmədov (2688, 50-ci yer) ilk 50-likdə yer alıblar. Nicat Abbasov (2657, 100-cü yer) isə ilk 100-lüyü qapayır. Kişi şahmatçılar arasında dünya çempionu norveçli Maqnus Karlsen (2870) birinci yerdədir. Çinli Dinq Liren, fransalı Maksim Vaşe-Laqrav (hər ikisi 2796) sonrakı iki pillədə qərarlaşıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed