Şrift:
Uşaqlar üçün növbəti tədbir - Jest dili ilə nağıl saatı
03.12.2019 [20:41] - Gənclik
Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “Araxçın MMC/Silent Communication” komandasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli uşaqlar üçün “Jest dili ilə nağıl saatı” adlı tədbir keçirilib. Tədbirdə 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri iştirak edib.
Əvvəlcə kitabxananın əməkdaşı, təlimçi-surdoloq Könül Quliyeva və Şamil Sabirzadə uşaqlar üçün ekskursiya təşkil edib. Onlar kitablar, oxu zalları və xidmət şöbəsi ilə yaxından tanış olublar. Burada kitaba sevgi və mütaliə haqqında geniş məlumat verilib. Kitabxananın nağıl otağında isə Azərbaycan xalq nağıllarının qəhrəmanları müzakirə olunub.
Sonra oxu zalında jest dilinə tərcümə olunmuş “Madaqaskar1” cizgi filminin təqdimatı keçirilib. Sonda uşaqlara kitablar hədiyyə edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed