Şrift:
Milli fəal Əmir Pənceyi molla rejimi tərəfindən tutuqlandı
03.12.2019 [23:49] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə benzin və digər neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artmasına etiraz əlaməti olaraq ölkənin bütün bölgələrində əhali tərəfindən keçirilən dinc nümayişlərə qarşı rejim tərəfindən təqiblər və həbslər davam edir. Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan və Təbrizdə tutuqlanan soydaşımızın kimliyi məlum olub. Əldə etdiyimiz məlumata görə son kütləvi etirazlar zamanı Təbriz sakini olan milli fəal Əmir Pənceyi rejimin məmurları tərəfindən tutuqlanıbdır. Milli fəal rejimin qüvvələri tərəfindən yaxalandıqdan sonra naməlum istiqamətə aparılıb. Milli fəal Əmir Pənceyinin hələlik harada saxlandığı və sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed