Şrift:
Höccət Muxtarzadə xüsusi cəza ordusu ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü
03.12.2019 [23:55] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın bütün şəhərlərində İran adlı ölkənin xüsusi cəza ordusu kimi tanınan ETTELAT-ın yarıhərbi qüvvələri milli fəalların həbslərinə başlayıbdır. Belə ki, son günlər tutuqlanan soydaşlarımızdan biri də Güney Azərbaycan Milli Hərəkatının fəalı Höccət Muxtarzadədir. O, tutuqlanandan sonra, dərhal rejimin ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü
Milli fəalın noyabrın 30-da Təbrizdə rejimin ETTELAAT İdarəsindən rejimin Təbrizdə zindanına köçürüldüyü və zaminə buraxılması üçün mülki vəsiqə qərarı çıxarıldığı bildirilir.
Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 17-də İran adlı ölkənin xüsusi cəza ordusu kimi tanınan ETTELAAT tərəfindən öz iş yerində yaxalanıb. Höccət Muxtarzadə bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə yaxalanaraq, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Son etirazlarda isə çox sayda azərbaycanlı fəal yaxalanıb. onlardan yalnız bir hissəsinin adlarını müəyyənləşdirmək mümkün olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed