Şrift:
Mollakratiya rejiminin xüsusi cəza ordusu ETTELAT günahsız insanları qətliam etdiyi Ələhvazda daha 79 nəfər tutuqlandı
04.12.2019 [00:37] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejimi tərəfindən benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırmasına qarşı əhali tərəfindən son etirazlar zamanı ərəb və qaşqayların, eləcə də əsasən Azərbaycan türklərinin yaşadığı Kərəc, Şəhriyar və Tehranda xüsusi qəddarlıqla dinc etirazçıları qətliam edib. Qaşqay şəhəri Sədrada dinc etirazçılar helikopterdən atəşə tutulub. Şəhriyarda pulemyotla dinc etirazçılar qətliam edilib. Bu şəhərdə 100-dən çox dinc etirazçı qətliam edilib. Məşərddə isə etirazçılar helikopter və uplemyotla atəşə tutulub. Təkcə Məşərdə 106 nəfərin qətliam edildiyi edildiyi bildirilir.
Rejim indi isə kütləvi həbslərə baxmayaraq, yenidən Məşərdə və ümumiyyətlə Ələhvaz 79 nəfəri həbs edib. Rejim həmçinin qətliam və həbs etdiyi insanları şərləyərk bildirib: “İxtişaşlar vaxtı ümumi və xüsusi mərkəzlərə, hərbi bazalara hücum edən 79 nəfər müəyyənləşdirilərək həbs edilib. Körfəz ölkələrinin dəstəyi ilə xüsusi təlim görən üç komandanın üzvlərinin təhlükəsizlik qüvvələrinə hücumda əli var ki, onlar da saxlanılıblar”.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed