Şrift:
Karate yenidən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında
05.12.2019 [10:19] - İdman
Beynəlxalq Olimpiya Komitəsinin (IOK) İcraiyyə Şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına yenidən daxil edilməsi ilə bağlı qərar qəbul edib. Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Yay Olimpiya Oyunlarında karatenin kumite yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsi üzrə keçiriləcək.
İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq. Yarış oktyabrın 21-dən noyabrın 15-dək keçiriləcək.
Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yer alıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.

DAVAM.AZ
“Uzaq Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed