Şrift:
Əlilliyi olan şəxslərə əlil arabaları paylanıldı
05.12.2019 [11:51] - Sosial
Bir qrup əlilliyi olan şəxsə əlil arabaları yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndən verilən xəbərə görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət Astara, Lənkəran, Masallı rayonlarında təşkil edilib.
Üç rayon üzrə 22 nəfər əlilliyi olan şəxsə əlil arabaları həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq verilib. Əlilliyi olan şəxslər səyyar xidmətdən, əliliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.
Сari ilin ötən dövründə ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib. 858 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ümumilikdə 4 minə yaxın reabilitasiya vasitəsi yaşadıqları rayonlara, bəzi hallarda yaşayış ünvanlarına aparılıb verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed