Şrift:
Almaniya mətbuatı Serj Sarkisyana ittihamlar irəli sürülməsindən yazdı
05.12.2019 [12:01] - Xəbərlər
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı xüsusilə iri məbləğdə maliyyə vəsaitinin mənimsənilməsi ittihamı irəli sürülüb. Bu barədə Almaniya ictimaiyyətini “Deutsche Welle” agentliyi məlumatlandırıb. Agentliyin məlumatında deyilir ki, sabiq prezidentə qarşı irəli sürülən ittiham təsdiq edilərsə, onu əmlakı müsadirə edilməklə, yaxud edilməməklə dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumatda o da vurğulanır ki, qətimkan tədbiri olaraq Sarkisyandan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

DAVAM.AZ
“Berlin Bürosu” (Almaniya)
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed