Şrift:
80 yaşlı ananı məhkəmə qərarı ilə şallaqladılar
05.12.2019 [12:41] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəninn mollakratiuya rejimi tərəfindən idarə olunan məhkəməsi dünyada rəzillik və ədalətsizlik mənbəyi və simvoluna çevrildiyini bir daha sübut edib. Rejimin Xoy şəhərində yerləşən məhkəməsi Xoy zindanında oğlunu öldürdükləri 80 yaşlı ananı vəhşicəsində 70 şallaq zərbəsi vurmaqla yanaşı, həm də onu 8 ay zindana saldı.
Azərbaycanlı xanım Səlbi Mərəndi 70 şallaq cəzasına və 8 ay həbs məhkum edilib.
Səlbi xanım Mərəndi ötən il oğlunun gizli ölümü ilə bağlı Xoy həbsxanasının rəisi ilə mübahisə etdiyi üçün onun barəsində bu hökm çıxarılıb. Rejimin ananın oğlunu öldürdüyü üçün kompensasiya ödəmək yerinə onu belə rəzil şəkildə cəzalandırıb.
Səlbi Mərəndinin oğlu Behruz Zeynalnejad 2018-ci ildə qanuni məzuniyyətinin artırılmamasına etiraz olaraq aclıq aksiyası keçirərək, dodaqlarını tikdiyi zaman həyatını itirib. Həbsxana rəhbərliyi onun ölüm səbəbini intihar kimi göstəriblər. Bu mövzu məhbusun anası və bacısının etirazına səbəb olub. Nəticədə onlar həbsxana rəisinin ofisində olarkən aralarında mübahisə yaşanıb. Ardınca həbsxana qazisinin şikayəti ilə ana və qızı həbs və şallaq cəzasına məhkum ediliblər.
Xanım Mərəndi noyabrın 28-i şallaq hökmü icra edildikdən sonra, fiziki vəziyətinin ağır olması və həbs hökmünün icrasına qadir olmamasına baxmayaraq Xoy həbsxanasının xanımlar bölməsinə aparılıb. Rejimin ədalətsiz məhkəməsi eyni cəzanı ananın qız övladına da verib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed