Şrift:
Təbrizdə “Sepah”ın xüsusi cəza dəstəsi evə hücum edərək milli fəalı güllələyib öldürdülər
05.12.2019 [12:52] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin ifrat diktator siyasətini yürüdən molla rejiminə bağlı xüsusi cəza dəstələri son günlər vətəndaşların evlərinə daxil olaraq onları yerindəcə gülləmək taktikasına üz tutubdur. Belə hadisələrdən biri Təbrizdə baş verib. Şəhərin Rizvanşəhr məhəlləsində Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Siyamək Müvəhhid Pir Əlilununun evlərinə daxil olaraq bu 23 yaşlı gənci ailəsinin gözü qarşısında güllələyiblər.
Onu da qeyd edək ki, rejimin terrorçu cəza dəstələri milli fəalın noyabr ayında Təbrizin 40 Metr məhəlləsində keçirilən etirazlarda iştirak etdiyini bəhanə edib, onu yaxalamaq istəyiblər. Rejimin terrorçu məmurları bu məqsədlə noyabrın 29-da evə hücum çəkərək Siyamək Müvəhhid Pir Əlilunu yaxalamağa cəhd ediblər. Lakin onlar ailə üzvlərinin müqaviməti ilə qarşılaşıblar və nəticədə qarşıdurma yaranıb. Bundan sonra rejimin terrorçu məmurları Siyaməki ata və anasının gözü Qarşısında güllələyiblər.
Qətlə yetirilən milli fəalın Təbrizin 40 Metr məhəlləsində keçirilən etiraz aksiyası zamanı kameralar tərəfindən çəkildiyi bildirilir. Milli fəal Siyamək Müvəhhid Pir Əlilunun dəfn mərasimi rejimin xüsusi qüvvələrinin nəzarəti altında keçirilib və yas mərasimi tutulmasına da icazə verməyiblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed