Şrift:
İraq türkmənlərinin böyük şairi Telaferli Felekoğlunun yubileyi Ankarada qeyd olunub
06.12.2019 [08:48] - Mədəniyyət
Ankarada Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında İraq türkmənlərinin böyük şairi Telaferli Felekoğlunun həyat və yaradıcılığına həsr olunan konfrans keçirilib. Türk Dünyasının görkəmli şəxsiyyətlərinin tanınması layihəsi çərçivəsində keçirilən 16-cı konfrans böyük şairin anadan olmasının 90 illiyinə ithaf olunub. Konfransda Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən poeziyasevərlər, həmçinin Ankarada təhsil alan türkmən əsilli iraqlılar iştirak ediblər.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, İraqın Türkiyədəki səfirliyinin əməkdaşı Casim əl-Əttar, İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin Türkmən Mədəniyyət Bürosunun sədri, İraq parlamentinin sabiq üzvü Fevzi Əkrəm Terzioglu və Kərkük Mədəniyyət Dərnəyinin sədri, tədqiqatçı-yazıçı Şəmsəddin Kuzeci və Mosulun Telafer rayonundan olan tanınmış şair Mikdat Havdi çıxışlarında yubilyarın zəngin mənalı həyat və yaradıcılığının ayrı-ayrı istiqamətlərindən danışıblar. Sonra böyük şairi Telaferli Felekoğlunun həyat və yaradıcılığını əks etdirən "Açıl dilim açıl" kitabı iştirakçılara təqdim olunub. Ş.Kuzecinin nəşrə hazırladığı kitab TÜRKSOY tərəfindən çap edilib. Daha sonda geniş bədii proqram təqdim edilib. Aşıqların ifasında T.Felekoğlunun şeirləri səsləndirilib.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed