Şrift:
Antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlanıb
06.12.2019 [10:05] - Sosial
Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında Abşeron rayonunun Hökməli qəsəbəsində, Bakı-Şamaxı şosesinin kənarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “DMC KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus sexdə yoxlama keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən sexdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisə tərəfindən istifadə olunan xammalların, suyun və hazır məhsulların təhlükəsizlik göstəriciləri müayinə olunmadan satışa verilir. Eyni zamanda küçələrdən, şadlıq evlərindən digər istehsalçılara məxsus və istifadə edilmiş şüşə butulkalar yığılaraq texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyularaq dezinfeksiya olunmadan təkrar istifadə edilir. Müəyyən edilib ki, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmır. Məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Sexdə istehsal edilən məhsullardan, o cümlədən “Vita fruit” nişanlı alkoqolsuz içki, “Vita fruit” nişanlı şaftalı nektarı və “Aqua Light” nişanlı qazsız sudan götürülən nümunələr müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed