Şrift:
Cəza Ordusu ETTELAAT azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsinə təzyiq göstərir
06.12.2019 [11:05] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin xüsusi cəza ordusu kimi tanınan ETTELAAT Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Mahmudinin ailəsini çağıraraq, ona təzyiq göstərir.
Məlumata görə, fəalın həyat yoldaşı və kiçik qızı ETTELAAT-a çağrılmış və təhdid edilərək sorğu-suala tutulub. Məhəmməd Mahmudinin yaxınları bildirir ki, ETTELAAT-da fəalın ailəsinə yersiz suallar verilib. Bundan məqsəd isə məqsəd fəalın əleyhinə qondarma dosye quraşdırmaqdır.
Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Mahmudi noyabrın 17-də ölkədə molla rejimi tərəfindən benzin və neft məhsullarının qiymətinin 3 dəfə (300 faiz) artıması ilə bağlı əhalinin etiraz mitinqlərinə başladığı bir vaxtda gecə saatlarında Təbrizdə rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb. Onun harada saxlandığı barədə bu günədək heç bir məlumat yoxdur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed