Şrift:
Milli fəal Yaşar Piri Sepahın işgəncələr təcridxanasına köçürüldü
06.12.2019 [11:12] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə molla rejimi tərəfindən benzin və neft məhsullarının 3 dəfə (300 faiz) artımasına etiraz əlaməti olaraq ölkənin bütün bölgələrində etiraz nümayişlərinin ardından noyabr ayının sonlarından başlayaraq kütləvi həbslərə başlayıbdır. Bu sırada tutuqlananlardan biri də Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri
Yaşar Piridir. Ötən gün o Təbrizin Mərkəzi Zindanının karantin bölməsindən yenidən xüsusi cəza mərkəzi kimi tanınan Sepahın təcridxanasına köçürlübdür.
Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 27-də Təbriz irqçi fars rejimin terrorçu Sepahının Kəşfiyyat Bölməsinn təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülmüşdü. Fəal naməlum səbəbdən yenidən terrorçu Sepahın təcridxanasına qaytarılıb. Milli fəal Yaşar Piri noyabrın 17-də son etiraz aksiyalarına bir gün qalmış qardaşı Ruzbeh Piri ilə birlikdə Təbrizdə yaxalanıb. Sepah məmurları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır. Milli fəallar Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə yaxalanmışlar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed