Şrift:
Molla rejimi 120 hektarlıq Azərbaycan torpağını kürd terrorçularına verir
06.12.2019 [11:18] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu vilayətinin kürdləşdirib Azərbaycandan qoparma planının icrası istiqamətində gördünyü işlərin davamında Makun şəhərinin 120 hektar ərazisi kürd terror təşkilatların tərəfdarları olan Fəramərz Nomayənd adlı kürdə verilir. Bu isə Güney Azərbaycanın bu ərazisinin demoqrafik tərkibini dəyişmə və Azərbaycandan qoparma məqsədi güdür.
Rejim əhalinin etiraz etməməsi məqsədilə həmin ərazidə Şəkər Zavodu tikiləcəyini bildirir. Hətta onların sözləri düz olsa belə bu Azərbaycanın mənafeyinə tamamilə ziddir. Çünki, əraziyə sahiblənən terror tərəfdarı kürdləri başqa yerlərdən işə götürməklə kürdlərin ailələri ilə birlikdə Azərbaycanın bu bölgəsinə köçməsinə və əhalinin tərkibini dəyişməsinə gətirib çıxaracaq. Güney Azərbaycan Milli Hərəkatının fəalları Güney Azərbaycanda bu təhlükəli planın dərhal dayandırılmasını tələb edib və bütün Azərbaycan Türk millətinin Azərbaycan ərazilərinin molla rejimi tərəfindən satılmasına qarşı çıxmağa çağırır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed