Şrift:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
09.12.2019 [10:08] - Mədəniyyət
Dekabrın 17-dən 24-dək Mədəniyyət TV-nin yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək. Festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır. Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq. Festivalın təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində baş tutacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed