Şrift:
Azərbaycanın və Polşanın hərbi hüquq ekspertləri Bakıda müzakirələr aparıblar
09.12.2019 [11:27] - Hərb
Azərbaycanın və Polşanın Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed