Şrift:
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
09.12.2019 [13:58] - Siyasət
Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək. Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib. Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək. Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed