Şrift:
Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi - Etiraz notası hazırlanır
09.12.2019 [14:12] - Siyasət
Türkiyənin qeyri-hökumət təşkilatı Xarici İşlər Nazirliyindən Ermənistana etiraz notası göndərməyi tələb edir. Bu bəyanatla Türkiyə-Azərbaycan Dostluq Assosiasiyasının vitse-prezidenti Sərdar Ünsal çıxış edib. Buna səbəb kimi Ermənistanın “Western Armenian TV” telekanalında Türkiyə ərazilərinin Ermənistanın tərkibində qeyd olunması göstərilir. Onun sözlərinə görə, ümumilikdə Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərilib. S.Ünsal əlavə edib ki, Türkiyənin bütün QHT-ləri Ermənistanın bu hərəkətinə qarşı çıxış etməlidir.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed