Şrift:
ABŞ-ın “Dragon” yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib
09.12.2019 [14:18] - Siyasət
Dekabrın 9-da ABŞ-ın “Dragon” yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib. Bu birləşmə prosesi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin saytında canlı yayımlanıb. Məsafədən idarə edən manipulyator vasitəsilə yük gəmisi “Harmony” modulunda şlüzə yaxınlaşdırılıb və onunla birləşib. “Dragon”un manipulyatorla birləşdirilməsi əməliyyatını Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Luka Parmitano yerinə yetirib. NASA-nın astronavtı Endryu Morqan ona kömək edib, digər amerikalı astronavt Cessika Meir isə telemetrik informasiya üzrə nəzarəti həyata keçirib.
“Dragon” yük gəmisi ötən cümə axşamı Kanaveral burnundakı kosmodromdan “Falcon-9” raketdaşıyıcısı ilə kosmik fəzaya buraxılıb. Onun göyərtəsində 2,5 ton yük, o cümlədən 38 elmi-tədqiqat eksperimenti üçün 998 kiloqram çəkisində çoxkanallı spektr, mikroqravitasiya şəraitində yanma prosesinin öyrənilməsi cihazı, orbital uçuş şəraitində astronavtların əzələlərinin vəziyyətini tədqiq etmək üçün tibb aparatı, pivə bişirmək üçün eksperiment avadanlığı, habelə RiTS (Robot Tool Stowage) - “robotlar üçün otel” platformasının Beynəlxalq Kosmik Stansiyanın yuxarısında yerləşdirmək üçün qurğu var. Robot qurğusu açıq kosmosda astronavtlar tərəfindən idarə olunacaq. Yük gəmisi yanvarın ilk günlərinədək Beynəlxalq Kosmik Stansiyaya tam birləşəcək, sonra isə Yerə qayıdacaq. “Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya indiki uçuşu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya yük çatdırılması kommersiya proqramı üzrə 19-cu buraxılışıdır. Uçuş üçün artıq iki dəfə - 2014-cü və 2017-ci illərdə stansiyaya göndərilmiş kapsuldan istifadə olunub.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed