Şrift:
Milli fəallara Ettelaat İdarəsində işgəncə edilir
09.12.2019 [19:17] - Güney Azərbaycan xəbərləri
Noyabr ayında İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejiminin qərarı ilə benzin və digər neft məhsullarının qiytmətlərinin 3 dəfə (300 faiz) artırılmasına qarşı etiraz edən əhali ilə xüsusi videosüjetlər rejimin xüsusi cəza orqanlarının əlindədir. Bu məsələdə ən sərt mövqe isə, Güney Azərbaycanda nümayiş etdirilir. Belə ki, Güney Azərbaycan Milli Hərəkatından daha çox qorxduğu üçün, həbs olunan milli fəallara qarşı Təbrizdə yerləşən ən qəddar işgəncələr idarə kimi tanınan Ettelat İdarəsində onlara ən son cəza-işgəncə qaydaları tətbiq olunur.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etibarlı mənbəyə istinadən bildirib ki, Təbrizdə azərbaycanlı milli-mədəni fəallardan bəziləri ağır cismi və ruhi işgəncələrə məruz qalıb. Məlumata görə Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri, Babək Hüseyni Müqəddəm, Yaşar Piri və Şahin Bərzgər Ettelaat İdarəsinin təcridxanasında ağır işgəncə altında saxlanılır. Tutulan digər fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur. Mənbə bildirib ki, işgəncələr son günlərdə daha da artıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir, bunun üçün də amansız işgəncə üsullarından istifadə edilir.
Əldə etdiyimiz məlumata görə, sözügedən azərbaycanlı fəalların dosyesinə hakim Musəvi soyadını daşıyan birisi baxır. Musəvi hər zaman məhbusların ailə üzvlərinə münasibətdə təhqiramiz davranış nümayiş etdirib, onun Ettelaat İdarəsinə bağlı olduğu bildirilir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed