Şrift:
Nəsimi rayonunda oğurluq və dələduzluq edən şəxslər yaxalanıb
10.12.2019 [08:42] - Hadisə
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhər sakinləri olan səkkiz nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərli saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı iki avtomobildən mobil telefon, qızıl saat və ətir oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Məmmədov saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə rayonda üç nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Yusifov tutulub. Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed