Şrift:
Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib
10.12.2019 [09:13] - Hərb
Azərbaycan Ordusunda “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən “İlin ən yaxşı psixoloqu” müsabiqəsinə yekun vurulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə qoşun növləri, birlik və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi psixoloqları iştirak ediblər. Müsabiqə iştirakçıları şərtlərə uyğun olaraq, hərbi hissəyə gələn yeni şəxsi heyətin qəbulunu, onlarla fərdi-psixoloji və qrup şəklində psixoloji maarifləndirmə söhbətlərinin aparılmasını, eləcə də psixoloji sorğuların və testlərin keçirilməsi barədə fəaliyyətləri əks etdirən slayd və video materiallar təqdim edib, psixoloji işin metod və vasitələrinin düzgün tətbiqinə dair fikir mübadiləsi aparıblar. Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər mükafatlandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed