Şrift:
Uşaqlara hüquqi yardım göstərilməsi üçün beynəlxalq standartlarla bağlı təlim keçirilib
10.12.2019 [09:52] - Hüquq
UNİSEF-in Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlar” mövzusunda vəkillər üçün təlim keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, kollegiyanın üzvü Rafiq Alışov tərəfindən aparılan təlimdə uşaqlara qarşı hüquq pozuntuları ilə bağlı sosial videoçarx, həmçinin Azərbaycanda məhkumluqda olan və ya müxtəlif formalı zorakılığa məruz qalmış uşaqlardan götürülmüş müsahibələr nümayiş etdirilib. Təlimçi-ekspert Rafiq Alışov uşaqların hüquqi müdafiəsi zamanı xüsusi yanaşmanın, onların psixoloji və sosioloji durumunun nəzərə alınmasının zəruriliyi və uşaqlara hüquqi yardım zamanı beynəlxalq standartlar və əsas prinsiplərdən bəhs edib. Təlim əldə olunan biliklərə dair müzakirələrlə davam edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed