Şrift:
“Rheinmetall Electronics GmbH” şirkəti Azərbaycanda yeni biznes imkanlarında əməkdaşlığa hazırdır
10.12.2019 [12:06] - İqtisadiyyat
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın “Rheinmetall Electronics GmbH” şirkətinin Azərbaycana işgüzar səfərini təşkil edib.
Palatadan bildirilib ki, səfərin ilk günü alman iş adamları Energetika naziri Pərviz Şahbazov və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundovla görüşüblər. Müzakirələrin əsas mövzusunu iki ölkə arasında enerji sektorunun inkişafına dair tərəfdaşlıq imkanları və “Rheinmetall Electronics GmbH” şirkətinin bölgədəki gələcək investisiya planları təşkil edib. İkitərəfli görüş zamanı iştirakçılar alman iqtisadiyyatının maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin enerji sektorunun inkişafına töhfə verə biləcəyini xüsusilə qeyd ediblər.
Üç gün davam edən səfər çərçivəsində şirkət nümayəndələri Müdafiə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin SOCAR və Azərbaycan Dövlət Dəniz Akademiyasını ziyarət ediblər. Bundan əlavə, qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşüb və mövcud imkanlarla tanış olmaq üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Tədris Mərkəzinə baş çəkiblər. Görüşlər zamanı “Rheinmetall Electronics GmbH” və Azərbaycan arasında mümkün əməkdaşlığın müxtəlif sahələri barədə fikir mübadiləsi aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed