Şrift:
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
10.12.2019 [12:11] - İqtisadiyyat
Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiq olunub. Prezident İlham Əliyev dekabrın 9-da “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurası bu tərkibdə təsdiq edilib: Azərbaycan Respublikasının Baş naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankının sədri.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed