Şrift:
Həmədanda “İnanlar” kitabı işıq üzü görüb
11.12.2019 [10:02] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Həmədan şəhərində bölgə türklərinin xalq inanclarından bəhs edən kitab işıq üzü görüb. Əli Qadiri Nəhad tərəfindən yazımış “İnanlar” əsəri ötən günlərdə Rayin Nəşriyyatı tərəfindən nəşr olunub.
Kitabda Həmədan türkləri, özəlliklə də Rəzən və Dərgəzin şəhərlərinin xalq inanclarından bəhs olunur. Bu inancların bəziləri Güney Azərbaycanın müxtəlif bölgələrində yayılıb, bəziləri isə yerli əhaliyə məxsusdur.
Maraqlananlar kitabı Həmədanda Ənsari Kitab Mağazası və Rayin Nəşriyyatından əldə edə bilərlər.
Qeyd edək ki, Həmədan Azərbaycanın qədim bölgələrindən biridir. Əyalət əhalisi İran adlı bir ölkədə 94 ildir hakim olan irqçi fars şovinizmi siyasətinin apardığı assimliasiya siyasətinin sonucu olaraq bir sıra təsirlərə məruz qalsa da, yenə də türk kimliyi və adət-ənənəsini qoruyub saxlamaqdadır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed