Şrift:
İraqda 5 milyon insan Tehran molla rejiminə qarşı ayağa qalxdı
11.12.2019 [10:21] - Güney Azərbaycan xəbərləri
Başkənd Bağdad da daxil olmaqla, ölkənin Kərbala, Nəcəf və digər şəhərlərində ötən gün əhali tərəfindən kütləvi etirazlar həyata keçirilibdir. Bu etirazlarda qeyd olunub ki: “Biz İraq xalqları İran adlı ölkəni din pərdəsi altında idarə edən bir rejimi müdafiə etmirik. İran adlı ölkəni idarə edən rejim din pərdəsi altında 40 ildir dünyaya terror püskürməkdən başqa bir iş görmür. Biz İraq xalqları 40 ildir İran adlı ölkəni idarə edən molla rejiminin əziyyətini çəkirik. Din, təriqət və məzhəb adı altında İraqda paniranizm və panfarsizm siyasəti dərin qatlara qədər yürüdülüməkdədir. Beləliklə də digər xalqların beyinlərini yumaqla farslar özlərinə əfsanəvi şəkildə uydurduqları və tarixi bəlli olmayan bir imperiyanın sahibi olmaq kimi hədəfləri ortaya atırlar. Biz İraq xalqları əsla Tehran rejiminin bu hiyləgər hədəflərinə aldanmayacağıq”.
Qeyd edək ki, dünən Nəcəf, Kərbəla və başqa şəhərlərin əhalisi Bağdad əhalisi ilə birlikdə “Cəllad Xamnei sənin siyasətini qəbul etmirik” adı altında Bağdadın məşhur Təhrir mehanında möhtəşəm mitinq keçiriblər. Kərbəla şəhəri tamamilə əhalinin nəzarətinə keçib. Bütün bunlarla yanaşı, İraq əhalisi molla rejimini dizə çökdürmək məqsədilə İran mallarını baykot ediblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed