Şrift:
Tehran rejiminin terror etdiyi daha bir soydaşımıızn kimliyi məlum olub
11.12.2019 [10:31] - Güney Azərbaycan xəbərləri
Noyabr ayında İran adlı ölkəni 40 ildir heç bir hüquq tanımadan idarə edən molla rejiminin qərarı ilə benzin və neft məhsullarının qiymətləri gözlənilmədən 3 dəfə (300 faiz) artırıldı. Faktiki olaraq ölkənin bütün bölgələrində xalq ayağa qalxaraq belə bir ədalətsiz qərara qarşı öz etirazlarını bildirdilər. Rejim yaranmış duruma aydınlıq gətirmək əvəzinə, əhalinin üzərinə top-tüfənglə, ən ağır silahlarla yürüməyə başladı. Bütün bunlar azmış kimi, etiraz aksiyalarının “xarici dövlətlərin təhriki” ilə baş tutması kimi uydurma yalanları önə sürərək dinc nümayişçilərə qarşı kütləvi şəkildə divan tutmaqdan qaçmadı. Küçə və meydanlarda ölənlər və yaralananlar oldular. Sağ qalanları isə dərhal həbsxanalara atdılar. Rejim tərəfindən heç bir sorğu-sual aparılmadan küçədə terror olunaraq öldürülənlərdən biri də Güney Azərbaycan Milli Hərəkatının fəallarından kimi tanınan Siyamək Nəvdi Bildaşıdır. O, əslən Güney Azərbaycanın Muğan bölgəsinin Germi şəhərindəndir. Etirazlar zamanı Tehranın Kiyanşəhr bölgəsində irqçi fars rejimin terrorçu qüvvələrinin birbaşa atəşinə tuş gələrək qətlə yetirilmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed