Şrift:
“İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin bağlanış mərasimi olub
11.12.2019 [12:22] - Sosial
Təhsil sahəsində ixtisaslaşan “Education HUB” təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin bağlanış mərasimi keçirilib.
Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Altı ay müddətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək incəsənət vasitələrindən istifadə edərək sosial problemləri işıqlandırıblar.
“İnkişaf zamanı” proqramının iştirakçıları ekologiyanın qorunması, məişət zorakılığı, bullinq, diskriminasiya, narkotik aludəçiliyinin qarşısının alınması üçün forum teatr, tamaşalar, uşaq evindən olan məktəblilər üçün sərgilər, intellektual oyunlar təşkil ediblər. Eyni zamanda, iştirakçılar müxtəlif qısametrajlı maarifləndirici filmlər və videoçarxlar hazırlayıblar. Sonda layihə iştirakçıları diplomlarla təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed