Şrift:
“Stadler” şirkətindən alınan daha 2 yeni elektrik qatarı Bakıya gətirilib
11.12.2019 [12:37] - İqtisadiyyat
İsveçrənin "Stadler" şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova deyib. O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Qatarlar tezliklə xəttə buraxılacaq.
N.Bayramova qeyd edib ki, yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır. "Stadler" şirkətindən "FLIRT" tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed